FİTOSENOLOGİYA – Fitosenozlar (bitki qruplaşmaları) haqda
təlim: geobotanika və biosenologiyanın bölməsi.
FİTOSENOTİK MÜHİT, fitomühit – orqanizmlərin birgə təsiri,
onların edasferinin inteqrasiyası ilə yaranan fitosenozun daxili mühiti.
F.m.-in elementlərinə intensivliyi və tərkibi ilə dəyişkən olan işıq və
istilik rejimi, bununla əlaqədar dəyişən havanın rütubətliyi və tərkibi
(fitonsidlərin mövcudluğu, CO
2
-in çox olması), torpaq, onun humusu və
digər üzvi birləşmələri daxildir.
FİTOSENOTİK OPTİMUM – bax: Növün optimumu.
FİTOSENOTİK PROSES – ətraf mühitdən günəş enerjisinin və qi-
da maddələrinin bitkilər tərəfindən bitki kütləsinə (biokütlə) çevrilməsi.
FİTOSENOTİK RELİKTLƏR – Bitki qruplaşmaları və
landşaftların keçmiş (qədim) suksessiya mərhələlərindən indiki dövrə
qalmış növlər və ya qruplaşmalar. F.r., sindinamikanı öyrənən informa-
tiv əlamətlərdir. Adətən F.r.-in tutduğu ərazi kiçik olur.
Dostları ilə paylaş: |