170
FİTONSİDLƏR – Bitkilərin əmələ gətirdiyi, bakteriyaların,
mikroskopik göbələklərin, ibtidailərin böyüməsini və inkişafını saxlayan
bioloji aktiv maddələr. Bu maddələr antibiotik xassəsi daşıyıb havadakı
bir çox zərərli və xəstəlik törədən mikrobları, virusları məhv edir,
bununla da havanı saflaşdırır. Aydın olmuşdur ki, təbiətdə fitonsid
hadisəsi geniş yayılmışdır. Bakteriyalardan tutmuş ali bitkilərə qədər
bütün bitki aləmi fitonsid xassəsinə malikdir. Çay, dəniz və göllərin
suyunda da fitonsidli bitkilərə rast gəlinir. Ağaclar daha çox fitonsid
xassələri daşıyır. Müəyyən edilmişdir ki, şam, ardıc, qovaq, cökə,
tozağacı meşələri xəstəlik törədən virusları, mikrobları aloye, sarımsaq,
soğan və istiotdan da tez məhv edir. Fitonsid buraxan 40-a qədər ağac
və kol növü müəyyən edilmişdir. Hər bir bitki fitonsidinin özünəməxsus
təsiredici xassəsi vardır. Şam ağacının F-i vərəm xəstəliklərinin sağal-
masına kömək edir. Ağ şamın F-i difteriya mikroblarını qırır, qovağın
və palıdın fitonsidləri isə qanlı ishal çöplərini məhv edir. Ardıc ağacının
F-i difteriya, göyöskürək, qarınyatalağı çöplərinə və milçəklərə
öldürücü təsir göstərir. Ağcaqayın, qovaq, tozağacı, sərv F.-i 20-25,
şam, ardıc və dəfnə 15, qoz 18, vələs və saqqız 7-8, palıd və
qaraçöhrənin F-i isə 5-6 dəqiqə ərzində bakteriyaları məhv etməyə
qabildir. F. bitkilərdə təbii immunitet amillərindən biridir. Antimikrob
xassələrinə görə F. – tibbdə, baytarlıqda, bitkilərin mühafizəsində
istifadə olunur. Tibbdə soğan, sarımsaq, qatıqotu və tərkibində F. olan
başqa bitkilərdən alınmış preparatlar irinli yaraların, trofik xoraların və
s. xəstəliklərin müalicəsində istifadə edilir. Tərkibində F. olan bir sıra
bitkilər mədə-bağırsaq traktının, ürək fəaliyyətinin hərəkəti və sekretor
fəallığını stimullaşdırır.
Yeyinti sənayesində ərzaqları uzun müddət xarab olmaqdan qorumaq
üçün də fitonsidlərdən istifadə olunur. «Fitonsidli” kağızlara» bükülmüş
alma, armud, limon, naringi və s. meyvələr 1,5-2,5 dəfə az xəstəliyə
tutulur. Bitkilərin fitonsid xassələri konserv istehsalında da kara gəlir.
Bu məqsədlə soğan, sarımsaq, şüyüd, dağ keşnişi, razyana, xardal,
darçın, dəfnə yarpağı, kərəviz, çuğundur, pomidor, qatıqotu kökü və s.
istifadə olunur. Onlar konservləri sterilizasiya edərək mikroblardan
zərərsizləşdirir.
Müəyyən edilmişdir ki, bitkilərin yalnız uçucu xassəsi maddələri
deyil, onların gövdəsinin, meyvə və giləmeyvələrinin şirələri də güclü
antimikrob, yəni fitonsid xassələrinə malikdir. Aydın olmuşdur ki, tünd
rəngli meyvə və giləmeyvələrin şirələri daha çox antimikrob xassəsi
daşıyır.
Dostları ilə paylaş: