QəRİb məMMƏdov mahmud xəLİlov


FİZİKİ COĞRAFİ QURŞAQLAR, TƏBİİ QURŞAQLAR



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə365/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   361   362   363   364   365   366   367   368   ...   1096
FİZİKİ COĞRAFİ QURŞAQLAR, TƏBİİ QURŞAQLAR – fizi-

ki-coğrafi rayonlaşdırmanın yüksək taksonomik vahidləri; coğrafi 

qabığın ən iri bölgüsü. İstilik balansına görə bu və ya digər dərəcədə bir-

birinə yaxın olan bir neçə coğrafi zonadan təşkil olunur. 

V.V.Dokuçayevin «Təbii tarixin zonaları»” anlayışına uyğun gəlir. 

Aşağıdakı fiziki-coğrafi qurşaqlar ayrılır: arktik, subarktik, mülayim, 

subtropik, tropik, ekvator. Ekvator qurşağı istisna olmaqla bütün 

qurşaqlar  Şimal və  Cənub yarımkürələrdə simmetrik olaraq təkrar olu-

nur. 

–  Antarktika qurşağı  – Yerin ən cənub coğrafi qurşağı olub 



Antarktidanı, ona yaxın adalar və akvatoriyaları  cəmləşdirir. A.q.-nın 

sərhədi  ən isti ayın 5

°C izotermindən keçir. Sərt iqlimi, uzun qütb 

gecəsi, quruda buz səhralarının üstünlüyü ilə səciyyələnir. A.q-da həyat 

olduqca kasatdır, yalnız buzdan azad olan sahələrdə (arktika 

oazislərində) bəzən mamır, şibyə və yosunlara təsadüf olunur. 

– Arktika qurşağı – Yerin ən şimal coğrafi qurşağı olub Arktikanın 

geniş hissəsini tutur. Sərhədi ən isti ayın 5

°C izotermindən keçir. Uzun 

qütb gecəsi, okean səthindən aşağı temperaturla səciyyələnir. Quruda 

buz və daş arktika səhraları, bəzən arktiki mamırlı-kollu tundra üstünlük 

təşkil edir. 

–  Subarktik qurşaq, subarktika –  Şimal yarımkürəsinin qurşağı. 

İqlimi soyuq, illik yağmurun miqdarı 310-500 mm. Çoxillik donuşluq 

səciyyəvidir. Vegetasiya dövrü 1,5-2 aydır. Okean suları oksigenlə 



 

174 


 

zəngin olub az duzluluğa malikdir; dəniz məməliləri və digər heyvanat 

aləminin zənginliyi planktonun bolluğuna  şərait yaradır. S.q. daxilində 

tundra yarımzonası və meşə-tundra zonası ayrılır. Qurunun landşaftları 

xarici təsirə, xüsusilə antropogen təzyiqə az davamlı olması ilə əlaqədar 

onlara qayğı ilə yanaşılmalıdır. 

–  Subantraktik qurşaq, subantraktika – cənub yarımkürənin 

coğrafi qurşağı olub Atlant, Sakit və Hind okeanlarının 58-60

°  və 65-

67

°  cənub enliyində yerləşən akvatoriyaları  və çox olmayan adaları 



əhatə edir. Rütubətli soyuq okean iqlimi, güclü küləklər və dumanlı 

havalarilə  səciyyələnir. Vegetasiya dövrü 1,5-2 aydır. Biokimyəvi 

proseslər zəif gedir. okean suları plankton və balıqla zəngindir. 

Kitəbənzər heyvanlara da rast gəlinir. Adalar okean çəmənlərilə 

səciyyələnir. 

–  Mülayim qurşaqlar  – Yerin coğrafi qurşaqları olub şimal 

yarımkürədə subtropik və subarktik (40-65

° .e.d.), cənub yarımkürədə 

isə subtropik və subantarktik (42-58

° c.e.d.) qurşaqları arasında yerləşir. 

Termik rejimin aydın mövsümlüyü, uzunmüddətli qarlı  qışı, bununla 

əlaqədar qurunun çox yerində vegetasiya dövrünün qısa olmasilə 

səciyyələnir. M.q.-rın landşaftları (adətən  şimal yarımkürədə) olduqca 

müxtəlifdir (okean çəmənləri, meşə, meşə-çöl, çöl, yarımsəhra, səhra). 

Dağlarda yüksəklik qurşaqları inkişaf etmişdir. Dünya okeanı üçün illik 

temperaturun, duzluluğun dəyişməsi (digər qurşaqlara nisbətən) və üzvi 

həyatın zənginliyi xarakterikdir. M.q.-ın geniş əraziləri əkinçilik altında 

istifadə edilmişdir. 

–  Subtropik qurşaqlar, subtropiklər  – Yerin şimal və  cənub 

yarımkürələrinin təbii qurşaqları; 30-40 ş.e.d. və c.e.d. arasında tropik 

və mülayim qurşaqlar arasında yerləşir. Yarımilliklərdə mülayim (qışda) 

və tropik (yayda) termik rejimlə səciyyələnir. Bəzən qışda şaxtalar olur. 

S.q. daxilində okeanların suyu nisbətən yüksək temperatur və duzluluğa 

malikdir. Populyasiyanın miqdarı az olsa da növ müxtəlifliyi boldur. 

Quruda aşağıdakı  təbii zonalarla səciyyələnir: həmişəyaşıl sübtropik 

meşə  və kolluqları, qarışıq musson subtropik meşələri, meşə-çöl, sub-

tropik yarımsəhralar və subtropik səhralar: 

– Tropik qurşaqlar – şimal və cənub yarımkürələrində 20

° və 30° ş. 

və c.e.d. arasında yerləşən Yerin coğrafi qurşaqları. Havanın temperatu-

ru daim yüksəkdir. Passat sirkulyasiyası yağıntının az (illik 200-mm-ə 

qədər) və iqlimin isti olmasını təyin edir. Quruda yarımsəhra və səhralar 

üstünlük təşkil edir, rütubətli tropik meşələr və savannalar da mövcud-

dur. Dünya okeanının suyu yüksək temperatur (20

°C-ə qədər) və aşağı 



 

175 


 

duzluluğu, oksigenlə az zəngin, okean həyatı nisbətən kasat olmasilə 

səciyyələnir. 

–  Ekvator qurşağı  – Yerin coğrafi qurşağı, ekvator boyu hər iki 

tərəfdən 8

° ş.e.-dən 11° c.e. arasında yerləşir. Burada temperatur daim 

yüksək (ortaaylıq 24-27

°C), yağıntı bol (adətən illik yağıntı 1500-3000 

mm, bəzi yerdə 10000 mm-ə  qədər), olub il ərzində  bərabər paylanır, 

rütubətlənmə  həddən artıqdır. Biogeokimyəvi proseslər kifayət qədər 

intensiv gedir. Flora və faunanın olduqca zənginliyi və müxtəlifliyi ilə 

seçilir. Ekvator meşə landşaftı üstünlük təşkil edir. Dünya okeanının 

səth suları yüksək temperatura, aşağı duzluluğa malik olub planktonla 

zəngindir. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   361   362   363   364   365   366   367   368   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin