FİTOSENOZUN STRUKTURU – bitki qruplaşmasının əsasən üfi-
qi və şaquli hissələrə bölünməsi (qat, yarus).
FİTOSENOZUN ŞAQULİ STRUKTURU (quruluşu) – F.ş.s.-nun
əsas elementi yarus sayılır. Bir qayda olaraq müxtəlif yaruslar müxtəlif
həyatilik formalarından təşkil olunur. Aşağıdakı yaruslar mövcuddur:
ağac yarusu, kol yarusu, ot və ya ot-kolcuq yarusu, mamır-şibyə yarusu.
Yarusdan kənar bitkilər də vardır, məs. sarmaşıqlar, epifitlər və s.
FİTOSENOZUN TƏSVİRİ – Fitosenozun əsas xüsusiyyətlərinin,
əsasən növ tərkibinin bu və ya digər dərəcədə qısa qeydə alınması.
FİTOSFER (fitogeosfer) – Mühit şəraiti əsasən yaşıl bitkilərlə mü-
əyyən edilən – Yer səthindən 150 m hündürlükdə hava qatı, torpaq və
torpaqaltı qat.
FİTOTERAPİYA – Bitki və çiçəklərin ətri ilə aparılan müalicə üsu-
lu. Orqanizmə təsiri qoxu orqanları vasitəsilə və neyrohumoral yollardır.
Ürək-damar, hipertoniya, ateroskleroz, sinir sisteminin müxtəlif funk-
sional xəstəliklərində təyin edilir.
FİTOTOKSİNLƏR – bitkiyə toksik təsir göstərən və onun metabo-
lizmini poza bilən təbii və ya süni mənşəli maddələr.
173
FOTOTROFLAR – Fotosintezedən orqanizmlər (avtotroflar) – fo-
totrof bakteriyalar, yosunlar və ali bitkilər.
FİTOZOOFAQLAR – həm bitki, həm də heyvan yemi ilə qidala-
nan heyvanlar.
Dostları ilə paylaş: |