ALTERNATİV ENERGETİKA – enerjinin ənənəvi (kömür, neft,
qaz) olmayan günəş, külək, qabarma-çəkilmə geotermal və s.
mənbələrdən alınması.
ALVAR – çılpaq və ya yuxa torpaq qatı ilə örtülü əhəngdaşından
ibarət meşəsiz sahə.
AMENSALİZM (lat. mensa – süfrə, masa) – A.-də iki növ birlikdə
yaşadıqda birinin təsirindən digəri zərər çəkir, növün biri isə nə ziyan,
nə də xeyir görür. Belə qarşılıqlı əlaqə forması ən çox bitkilərdə
müşahidə edilir. Məsələn: fıstıq meşəsi altında bitən işıqsevər ot bitkiləri
ağacların güclü kölgəsi altında sıxıntı keçirərək məhv olmağa doğru ge-
dir, lakin bu «qonşuluğun» fıstıq ağacı üçün fərqi yoxdur.
AMFİBİONTLAR – həm quruda, həm də suda yaşamağa
uyğunlaşan orqanizmlər. Bitkilər arasında (bəzi yosunlar, oxyarpaq, su
qaymaqçiçəyi), heyvanlar arasında (amfibin) A.var.
AMFİBİYALAR – onurğalı heyvanlar sinfi. Suda-quruda
yaşayanlar.
Dostları ilə paylaş: |