ALLOGEN SUKSESSİYA (yun. allos - başqası) – ekzogen
dəyişilmə, ekzogenez, ekzogenetik suksessiya – fiziki-kimyəvi,
geokimyəvi, geoloji, antropogen və s.-nin xaricdən təsiri nəticəsində
qruplaşmanın inkişaf prosesi. Konsepsiya L.Q.Ramenski (1938),
V.N.Sukaçev (1942, 1954), V.D.Aleksandrovanın (1964) işləri əsasında
T.A.Rabotnov (1983) tərəfindən geniş işlənib hazırlanmışdır.
ALLOXTONLAR – təkamül prosesində müəyyən yerdə əmələ
gəlib sonralar başqa yerlərə yayılmış orqanizmlər.
ALLOPATRİK İZOLYASİYA – bir-birindən sahəcə ayrılan popu-
lyasiyalar arası izolyasiya, mikrotəkamülün aparıcı mexanizmi hesab
olunur.
22
ALLOTROF GÖL – biogen mineral və üzvi maddələri, əsasən
sutoplayıcı sahədən qəbul edən göl.
Dostları ilə paylaş: |