ALACƏHRƏLƏR (Janiidae) –sərçəkimilər dəstəsinin quş fəsiləsi.
67 növü məlumdur. Həşərat, xırda sürünənlər, siçanabənzər gəmiricilər,
xırda quşlar və quş balaları ilə qidalanır. Azərbaycanda 4 növü var: adi
A., alnıqara A., qırmızıbaş A. və boz A. Kənd təsərrüfatı və meşə
təsərrüfatı ziyanvericilərini qırdığı üçün xeyirlidir.
ALAQ – Becərilən bitkilər arasında özbaşına bitən bitki.
Azərbaycanda pambıq tarlalarında 92, qarğıdalı və yonca sahələrində
müvafiq olaraq 120 və 125, payızlıq taxıl zəmilərində 152, tərəvəz
əkinlərində 25, üzüm bağlarında 148 növ alaq bitir. A. əkinçiliyə böyük
zərər verir: becərilən bitkilərə lazım olan qida maddələrinin, suyun,
işığın bir hissəsini alır; ziyanvericilərin, xəstəliklərin inkişafı üçün şərait
yaradır; becərməni, məhsul yığımını çətinləşdirir; A-lı yerlərdə kənd
təsərrüfatı bitkilərin məhsuldarlığı və məhsulun keyfiyyəti aşağı düşür.
Alağa qarşı mübarizədə aqrotexniki tədbirlərlə yanaşı kimyəvi mübarizə
əsas yer tutur.
ALARMİZM – insanın təbiətə təsiri nəticəsində əmələ gələn
təhlükəli vəziyyəti aradan qaldırmaq üçün “təbiət-cəmiyyət” sisteminin
optimallaşdırılması üçün təcili olaraq həyata keçirilən həlledici
tədbirlərin zəruriliyi.
Dostları ilə paylaş: |