AQROMETEOROLOJİ XİDMƏT – Kənd təsərrüfatı bitkiləri
yetişdirmək üçün iqlim şəraiti vəziyyətinin təbii və antropogen
dəyişilməsinə nəzarət xidməti, k.t. əhəmiyyətli meteoxidmət.
AQROMETEOROLOGİYA – meteoroloji amillərin bitkiyə və
k.t. heyvanlarına tə’sirini, bu amillərin k.t.-na vurduğu zərərin qarşısını
almaq metodlarını tədqiq edən elm.
AQROMEŞƏMELİORASİYA – Kənd təsərrüfatı üçün əlverişsiz
təbii
şəraitin yaxşılaşdırılmasına yönəldilən və sahələrinin
məhsuldarlığının yüksəlməsini tə’min edən meşəçilik tədbirləri sistemi-
dir; meliorasiyanın bir növüdür. A. qoruyucu meşələrin torpaqqoruyucu,
sutənzimedici və digər mühit qoruyucu xassələrindən istifadə
olunmasına əsaslanır. A.-nın obyekti k.t. sahələridir. Tarlaqoruyucu
meşə zolaqları tarlalarda mikroiqlimi yaxşılaşdırır, küləyin sürətini
zəiflədir, səthi axım azaldır, eroziyanın qarşısını alır və bununla da
bitkinin inkişafı üçün şərait yaxşılaşır, onun məhsuldarlığı yüksəlir. Ot-
laqlarda meşə zolaqları üçün şəraiti
yaxşılaşdırır, qumluqları
bərkidərək istifadə olunmayan torpaqları kənd təsərrüfatı dövriyyəsinə
daxil etməyə imkan yaradır.
AQRONOMİYA – kənd təsərrüfatı bitkilərinin becərilməsi
üsullarını və qanunlarını tədqiq edən elmi fənnlərin (əkinçilik, aqro-
kimya, aqrofizika, bitkiçilik, seleksiya, toxumçuluq, fitopotologiya,
kənd təsərrüfatı entimologiyası, bitki mühafizəsi, kənd təsərrüfatı
meliorasiyası) məcmusu.
Dostları ilə paylaş: |