AQROKİMYƏVİ LABORATORİYA – torpaq, bitki və
gübrələrin aqrokimyəvi analizini yerinə yetirən analitik laboratoriya.
AQROLANDŞAFT – 1) antropogen landşaft; 2) kənd ərazisinin
peyzajı.
AQROMELİORASİYA
– aqroekosistemlərdə bioloji
məhsuldarlığı (kənd təsərrüfatı bitkilərinin və heyvandarlıq
məhsullarını) yüksəltmək məqsədilə torpaq,hidroloji və iqlim şəraitini
optimallaşdırmaq üçün təşkilatı-təsərrüfat və texniki tədbirlərin həyata
keçirilməsi.
AQROMETEOROLOJİ PROQNOZ – Kənd təsərrüfatı (k.t.)
bitkilərinin böyüməsinə, inkişafına və məhsulun əmələ gəlməsinə tə’sir
edən mühüm aqrometeoroloji şəraitin qabaqcadan xəbər verilməsi. A.p.
əlverişli hava şəraitindən istifadə etməyə və k.t. bitkilərini əlverişsiz
hava şəraitindən qorumağa imkan yaradır. A.p.-u mərkəzi və ya yerli
hidrometeoroloji xidmət idarələri verir.
Dostları ilə paylaş: |