AMPEL BİTKİLƏRİ – asma vazalarda (ampellərdə), dibçəklərdə
və s. becərilən sallaq və ya sürünən gövdəli, gözəl yarpaqlı bəzək
bitkiləri. A.b. ilə otaqları, eyvanları, ictimai binaları, sütun, tağ və
postamentləri bəzəyirlər.
AMPLİTUDA (yun. amplituda - ölçü) – hava temperaturunun və
atmosfer təzyiqinin gündəlik, aylıq və ya çoxillik ən alçaq və ən yüksək
göstəriciləri arasındakı fərqi ifadə edən kəmiyyət. Məs., Bakıda yanvar-
da havanın orta temperaturu 3
°, iyulda isə 25°-dir. Deməli A. -22-dir.
ANA SÜXUR – bioloji və biokimyəvi proseslər, həmçinin insan
fəaliyyəti nəticəsində torpağın əmələgəlmə prosesində iştirak edən
süxurların üst qatı. Bərk və aşınmış narın süxurlardan ibarət olur.
Kimyəvi xassəsi, həmçinin mineroloji və mexaniki tərkibi onun
üzərində əmələ gələn torpağın xassəsinə və münbitliyinə təcir göstərir.
ANABOLİZM – orqanizmdə mürəkkəb üzvi maddələrin əmələ
gəlməsinə yönələn maddələr mübadiləsi reaksiyasının məcmusu.
Dostları ilə paylaş: |