ANEMOXORLAR, ANEMOXOR BİTKİLƏR – meyvə, toxum
və sporları külək vasitəsilə yayılan bitkilər. Buna meyvə və toxumların
xırda, yüngül, tüklü olması və s. kömək edir. Allaxorlar qrupuna daxil-
dir.
ANODROM MİQRASİYA – kürüləmək üçün balıqların dənizdən
çaya keçməsi (məs. qızıl balıq, nərə balığı).
ANOMALİYA (yun. anomalia) – müəyyən bir məntəqədə me-
teoroloji elementlərin orta gündəlik, aylıq və ya illik kəmiyyətlərinin
həmin məntəqənin çoxillik orta kəmiyyətlərindən meyl etməsi. Bu meyl
mənfi və ya müsbət ola bilər. Məs., Bakının çoxillik yanvar orta tempe-
raturu 2 + 3
°-dir. 1963-cü ilin orta yanvar temperaturu – 1° olmuşdur.
Deməli, həmin il üçün temperatur (və ya termik) A.-sı 4-dür.
ANTARKTİK ZONA – arktik temperatur zonasının cənub analoqu.
ANTEKOLOGİYA biologiyanın bir bölməsi, bitkinin çiçəkləməsi
və tozlanması məsələlərini, bu prosesə təsir göstərən faktorlar komplek-
sinin təsirini nəzərə alaraq öyrənir.
Dostları ilə paylaş: |