ANTROPOGEN SEYRƏLMƏ – Ayrı-ayrı bitki və ya heyvanın
sıxlığının insan fəaliyyəti nəticəsində seyrəlməsi.
ANTROPOGEN SƏHRALAR – insanın təbiətə bilavasitə və
vasitəli təsiri nəticəsində yaranan səhralar. A.s-ın sahəsi getdikcə artır
və 10 mln. km
2
-ə çatmışdır. (qurunun 7%-ni təşkil edir). Dünyanın bü-
tün səhralarının antropogen mənşəli olması haqda fikir yürüdülür.
ANTROPOGEN SİSTEMİ (DÖVR) (yun. anthropos – insan və
genos - doğum) – stratiqrafik şkalanın son sistemi və Yerin geoloji
tarixində indiyədək davam edən axırıncı dövr. 700 min – 1mln. – 2,5 -
3,5 mln. il bundan əvvəl başlanmışdır. A.s. alt Pleystosen, Orta Pleysto-
sen, Üst Pleystosen və Holosenə bölünür. Azərbaycan ərazisində A.s.
çöküntüləri Samur və Astara çayları arasındakı (Abşeron y.a. daxil ol-
maqla) bütün Xəzəryanı sahədə, Qobustanda, Kür-Araz düzənliyi və
onu əhatə edən sahələrdə, Bakı arxipelaqında geniş yer tutur.
İnsanın əmələ gəlməsi və formalaşması A.s. ilə əlaqədardır.
Dostları ilə paylaş: |