fəaliyyətinin altında olan biosenoz.
fəaliyyətinin təsiri amilləri. A.a. mənfi və müsbət ola bilər.
26
Məs. ev sərçəsi, ev siçanı və s.
ANTROFİTLƏR – insanın düşünülməmiş və ya şüurlu
olaraq təsiri
ilə fitosenozlarda və ya aqrosenozlarda tez-tez rast gəlinən antropofil
bitkilər, həm də insan tərəfindən becərilən bitkilər daxildir. Antrofitlərə:
1) bu və ya digər dərəcədə insan tərəfindən pozulmuş (otarma biçin,
ağacların kəsilməsi nəticəsində) fitosenozlarda və aqrosenozlarda
inkişaf edən yerli alaq otları: 2) insan tərəfindən təbii bitki örtüyünün
məhv edildiyi yerdə, məs. herikdə və zibillikdə qısa müddətli prosenoz-
lar yaradan yerli ruderal növlər (rudefitlər). 3) yerli becərilən bitki
növləri; 4) pozulmuş fitosenozlara insanın kənardan gətirib düşünmədən
daxil edildiyi növlər; 5) Kənardan gətirilib aqrosenoz kimi becərilən
(introduksiya edilən) növlər (aqrofitlər); 6) yabanılaşmış mədəni bitkilər
(erqaziofitlər); 7) iqlimləşdirməyə uyğunlaşmayan kənar növlər (efeme-
rofitlər) aiddir.
ANTROPOFOBLAR – hədsiz otarmaya, biçinə və s. tab
gətirməyən bitki və heyvanlar.
Dostları ilə paylaş: