ANTİDOTLAR zəhərlənmə zamanı istifadə edilən dərmanlar.
ANTİOKSİDANTLAR – Orqanizmin qocalmasına şərait yaradan
oksidləşmə prosesini zəiflədən və qarşısını alan kimyəvi maddələr. (toko-
ferollar, ionollar və s.).
ANTİSEPTİKLƏR – xəstəliktörədən mikroorqanizmləri məhv
etmək və ya onların çoxalmasının qarşısını almaq üçün kimyəvi
maddələr. Tibbdə A. dəriyə, yaraya və s.-yə infeksiya keçməsinin
qarşısını almaq üçün işlədilir. A-in bir qismindən (karbol turşusu, kre-
zol, lizol, formalin, xloramin, xlorlu əhəng və s.) binaları dizinfeksiya
etmək üçün istifadə olunur. Tibbdə işlədilən A-ə pantosid, yodoform,
hidrogen-peroksid, kalium- permanqanat, bor turşusu, natrium-hidrokar-
bonat, nişatır spirti, gümüş-nitrat, protarqol, Burov mayesi, spirt, riva-
nol, bəzi antibiotiklər (qramisidin, mikrosid), fitonsidlər və s. aiddir.
ANTİtSİKLON – atmosfer havasının yüksək təzyiqə malik olan
sahəsi; A-nun mərkəzindəki ən yüksək təzyiq kənarlara doğru azalır.
Ayrı-ayrı A-nun mövcudluq dövrü bir neçə sutka və ya həftə davam edə
bilər. Şimal yarımkürəsində A-nun sürəti 30 km/saata, cənub
yarımkürəsində isə 40 km/saata çatır.
Dostları ilə paylaş: |