XARAKTER NÖVLƏR – yalnız bir biosenozda rast gəlinən növlər,
digər biosenozda ona az miqdarda təsadüf olunur.
XARİCİ MÜHİT – Biosenozu (ekosistemi) əhatə edən mühit: at-
mosfer və onun dövranı, günəş işığı və istilik, torpağın ana süxuru və
onun kimyəvi xassələri, qazlar və məhlullar, su, atmosfer və havanın
nəmliyi, ərazinin və ya akvatoriyanın ümumi iqlimi. Bütün amillər reji-
mi ritmliyi ilə fərqlənir: gündəlik ritmlik-Yerin fırlanması ilə əlaqədar
olub bir gün ərzində günəş radiasiyasının daxil olması, istilik rejiminin
və rütubətliyin dəyişməsi; illik ritmika-Yerin Günəş ətrafında fırlanması
ilə bağlı olub ilin mövsümləri üzrə günəş radiasiyasının və istiliyin daxil
olması, planet səthinin albedosunun dəyişməsi; əsrlik ritmika-əsasən
günəş aktivliyinin dövriliyi ilə bağlıdır.
Dostları ilə paylaş: |