XEMOTROFLAR (yun. chemeia - kimya) – qeyri-üzvi
maddələrdən mühitdə olan hidrogen-sulfidin, ammoniumun və s.
okidləşməsi hesabına üzvi maddələr sintez edən orqanizmlər.
XƏRÇƏNGKİMİLƏR, XƏRÇƏNGLƏR
(Crustacea)
–
buğumayaqlılar tipindən su heyvanları sinfi. Azərbaycan sularında X.-in
43 fəsiləyə mənsub 134 cinsi və 344 növü məlumdur.
XƏRİTƏ – Müstəvi üzərində yer səthinin, ulduzlu göyün, yaxud
onların hissələrinin riyazi kiçildilmiş və ümumiləşdirilmiş təsviri. Bax:
coğrafiya xəritələri.
XƏRİTƏŞÜNASLIQ – Kartoqrafiyanın bölməsi. Onun nəzəri
əsaslarını, inkişaf tarixini, kartoqraf mənbələrin: (onların elementləri,
xüsusiyyətləri və s.) analizi metodlarını və s. öyrənir. Bəzən xəritələrdən
istifadə etmək metodlarını da X.-a aid edirlər.
XƏSTƏLİK – morfoloji, yaxud funksional dəyişiklik nəticəsində
orqanizmin normal həyat fəaliyyətinin pozulması. X. xarici amillərin
(fiziki, kimyəvi, bioloji, psixogen, sosial və s.) orqanizmə təsirindən
törənir.
Dostları ilə paylaş: |