208
İKİYÜZMİLLİK İQTİSADİ ZONA – 1972-ci ildə Beynəlxalq
dəniz hüquq konfransında şelf zonasına hüquqi status qəbul olundu. Bu
zona müvafiq dövlətlər üçün dəniz və okeanın sahilindən başlayaraq
200 mil enində suveren ərazi elan olundu. İ.i.z-da dəniz bioməhsulunun
böyük hissəsi cəmləşir.
İQLİM – havanın çoxillik rejimi. Hava şəraitinin bir-birini əvəz
edən bütün müxtəlifliklərinin məcmusu. Planetar miqyasda, zonalar
daxilində İ. makroiqlim adlanır. Müəyyən coğrafi landşaft üçün xarakte-
rik olub bir və ya bir neçə meteoroloji stansiyanın məlumatı ilə
səciyyələndirilə bilən İ.-məhəlli İ. (mezoiqlim də adlanır), kiçik
sahələrdə (tarla, yamac, təbii və süni göllər, sahil, şəhər və s.) havanın
yer səthinə yaxın təbəqəsinin İ.-nə isə mikroiqlim deyilir. İqlimyaradıcı
amillər günəş radiasiyası, hava axınları, ərazinin mövqeyi, səth
örtüyünün vəziyyəti və s.-dir. Əsas iqlimyaradıcı proseslər isə atmosfe-
rin ümumi dövranı və rütubət dövranıdır. İ.-ə təsir göstərən coğrafi
amillər-coğrafi en dairələri, relyef, dəniz səviyyəsindən hündürlük, quru
və su səthinin paylanması, dəniz və okean axınları, bitki və torpaq
örtüyünün xarakteri, qar örtüyü və havanın tərkibidir.
Azərbaycanın düzənlik hissəsi qismən Aralıq dənizi və quru subtro-
pik İ. tiplərinə mənsub edilir. Dağlıq ərazinin İ.-i olduqca müxtəlifdir.
Azərbaycan Respublikası ərazisində yarımsəhra və quru çöl İ-.indən
dağlıq tundra İ-nədək 8 İ.-tipi ayırırlar. İ. haqqında məlumatların
ümumləşdirilməsi və yayılması hidrometeoroloji xidməti müəssisələri
tərəfindən həyata keçirilir.
Dostları ilə paylaş: