İQLİM AMİLLƏRİ – iqlimin əsas elementləri: günəş radiasiyası
(işıq, istilik), atmosfer çöküntüləri və atmosfer təzyiqi, havanın
rütubətliyi, torpağın rütubətliyi, havanın sirkulyasiyası (külək), atmosfer
təzyiqi. İqlim amilləri biosenozun inkişafı üçün şərait yaradır. İstilik və
rütubətin yağıntıları klimatoqramlarda göstərilməsi qəbul olunmuşdur.
İQLİM ANOMALİYASI – Yerin hər hansı sahəsi üçün xas olan or-
ta iqlim göstəricilərinin normadan xeyli kənara çıxması.
İQLİM İNDİKATORLARI – landşaftın komponentləri və
elementləri və onların müasir iqlimini, suyu və onun kimyəvi tərkibini,
planktonu, su bitkilərini əks etdirən mövsümi və dinamik vəziyyəti; su
hövzələrinin buz rejimi, sululuq, su hövzələrinin səviyyə rejimi, bitki
örtüyünün dinamikası və s.
İQLİM KLİMAKSI – bax: ekoloji klimaks.
İQLİM QURŞAĞI – iqlim şəraitinə görə Yer səthinin böyük enlik
qurşaqları. İqlim qurşaqları əsasən temperatur və yağıntı rejimi ilə
səciyyələnir. 13 iqlim qurşağı ayrılır: ekvatorial qurşaq, subekvatorial
209
qurşaq, tropik qurşaq, mülayim qurşaq, subtropik qurşaq, subarktik
qurşaq, subantraktida qurşağı, Arktika qurşağı və Antraktida qurşağı.
Dostları ilə paylaş: |