QəRİb məMMƏdov mahmud xəLİlov


İ    İBTİDAİ  BİTKİLƏR



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə449/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   445   446   447   448   449   450   451   452   ...   1096
İ 

 

İBTİDAİ  BİTKİLƏR  – bitki aləminin iki böyük qrupundan biri 

bakteriyalar, aktinomisetlər, miksomisetlər, göbələklər, yosunlar və 

şibyələr İ.b.-rə daxildir. İ.b.-də gövdə, yarpaq və kök orqanları diferen-

siasiya etmədiyinə görə bunlara tallomlu bitkilər deyilir. 

İDİOADAPTASİYA  – yerli şəraitin dəyişilməsi ilə  əlaqədar 

orqanizmlərin təkamülü nəticəsində dəyişməsi. 



İDİOTERM SU HÖVZƏSİ – yüksək temperaturlu sulu su hövzəsi. 

İDİOTROF SU HÖVZƏSİ – kimyəvi xassələrinə görə ekstremal su 

hövzəsi (məs., daxili duzlu su hövzələri). 



İXTİOFAQLAR – əsas yemi balıq sayılan heyvanlar. 

İXTİOFAUNA – hər hansı su hövzəsi və ya axar suda yaşayan balıq 

növlərinin məcmusu. 



İXTİOLOGİYA – onurğalılar zoologiyasının bir bölməsi. Balıqları, 

onların quruluşunu, həyat tərzini, müxtəlif vaxtlarda və hövzələrdə 

yayılmasını, təsnifatını və təkamülünü öyrənir. İxtioloji tədqiqatlar balıq 

təsərrüfatını  səmərəliləşdirməyə imkan verir, balıq ovunun və 

balıqçılığın inkişafını təmin edir. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   445   446   447   448   449   450   451   452   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin