XOROLOGİYA (yun. choros – yer, fəza və logiya) – Termini
E.Hekkel (1866) təklif etmişdir: orqanizmlərin yayılmasının coğrafi və
topoqrafik qanunauyğunluqları haqda elm. Fitoxorologiya, yaxud bitki
X.-sı bitki coğrafiyasının bir hissəsi olub, növlərin və bitkilərin digər
taksonlarının coğrafiyasını, zooxorologiya isə heyvanları öyrənir.
XORTOBİONTLAR (yun. chortos - ot) – ot örtüyündə yaşayan
heyvanlar.
XROMOSOMLAR (yun. chroma – rəng, soma - bədən) –
Bölünmə nəticəsində hüceyrə nüvəsində əmələ gələn rəngli quruluş.
XRONİKİ TƏSİR – canlı orqanizmlərdə bir qayda olaraq neqativ
fizioloji dəyişikliklər əmələ gətirən ekoloji faktorların fasiləsiz təsiri.
XÜSUSİ QORUNAN BİTKİ VƏ HEYVANLAR – Bax: Nadir və
tükənməkdə olan növlər.
|