QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə455/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   451   452   453   454   455   456   457   458   ...   1096
İQLİM OPTİMUMU  –  canlı orqanizmlər üçün temperatur rejimi 

və rütubətliyin miqdar parametrlərinin vaxta və  əraziyə görə bir-birinə 

uyğun gəlməsi. 

İQLİM RAYONLAŞDIRILMASI  – eyni iqlim şəraitinə görə 

ərazini (vilayət, ölkə və s.) qurşaq, zona, vilayət və daha kiçik rayonlara 

bölünməsi. 

İQLİMƏUYĞUNLAŞMA,  İQLİMLƏŞDİRMƏ  – orqanizmlərin 

yeni həyat  şəraitinə uyğunlaşması.  İki cür İ. ayırd edilir: 1) 

orqanizmlərin maddələr mübadiləsinin dəyişməsi ilə gedən uyğunlaşma; 

2) növün genetik quruluşunun dəyişilməsi ilə gedən uyğunlaşma. İ. po-




 

210 


 

pulyasiya genofondunun zənginliyi ilə müəyyən olunur. 

İ. mədəni bitkilər və heyvanlar arasında aparıldıqda süni İ., yabanı 

bitki və  vəhşi heyvan növləri arasında (heyvanların miqrasiyası, 

bitkilərin insan, heyvan, külək və s. vasitəsilə təsadüfən başqa sahələrə 

aparılması) baş verdikdə isə təbii İ. hesab olunur. 

İ.-nın öyrənilməsi və inkişafında Ç.Darvinin böyük rolu olmuşdur. İ. 

təlimini İ.V.Miçurin və M.F.İvanov inkişaf etdirmişdir. 

Bitkilərdə  İ. həmişə arealın genişlənməsinə  səbəb olur. Azərbaycan 

Respublikasında amerika aqavası, palmanın bir neçə növü, Şimali Ame-

rika ağ akasiyası, at şabaladı, yapon saforası  və s. bitkilər iqlimə 

uyğunlaşdırılmışdır. 

Azərbaycan faunası  İ. nəticəsində xeyli dəyişmişdir. (Bataqlıq qun-

duzu, yenot, xallı maral və s.). 

Kənd təsərrüfatı heyvanlarının iqlimə uyğunlaşdırılması uzun 

müddətli, mürəkkəb əhlilləşdirmə şəraitində keçir və bu prosesdə insan 

əməyinin rolu böyükdür. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   451   452   453   454   455   456   457   458   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin