İLDIRIM, ŞİMŞƏK – qasırğalı buludlar arasında baş verən elektrik
boşalması (qığılcım şəklində). İldırım vurması çox qüvvətlidir, ağacı
parçalayır, quru ağacı yandırır, meşə yanğınına səbəb olur, quma
düşdükdə onu əridir, insanı və heyvanı dərhal öldürür.
İLDIRIMDAN MÜHAFİZƏ – müxtəlif obyektləri ildırım
vurmasından qorumaq üçün tədbirlər və texniki vasitələr kompleksi.
Mühafizə üsullarının hamısında əsas faktor mühafizə olunan obyektlərə
düşə biləcək ildırımları alıb, yerə keçirməkdir. Keçmiş SSRİ-də İ.m.
problemləri ilə məşğul olan əsas müəssisə İ.Q.Yesman adına
Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutudur. Burada alınan
nəticələrdən keçmiş SSRİ ərazisində və bir neçə xarici ölkədə istifadə
olunur.
İLXI – at, dəvə sürüsü. İ. heyvanın yaşından və cinsindən asılı ola-
raq təşkil edilir. İ. heyvanın il boyu saxlanması, yaxud otarılması üçün
təşkil edilir.
Dostları ilə paylaş: |