QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə615/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   611   612   613   614   615   616   617   618   ...   1096
MAKVİS  (frans. magius)  – həmişəyaşıl  sərtyarpaqlı  və tikanlı 

kolların və alçaqboylu ağacların (mərsin, ardıc və s.) cəngəlliyi. Aralıq 

dənizi ölkələrində  aşağı dağ qurşağında sıx cəngəlliklər  əmələ  gətirir. 

M.-ə əsasən, tikanlı kollar daxildir: əksəriyyəti efiryağlı və kəskin qox-

ulu olur. M.-in analoqları Avstraliyada skreb, Şimali Amerikada çappar-

al adlanır. 



MAQARELYEF  – Yerin endogen qüvvələri tərəfindən  əmələ 

gəlmiş ən böyük relyef formaları. Məs. okean çökəyi, hündür yayla. 



MAQMATİK SÜXURLAR – püskürmə süxurları-ərgin maqmanın 

soyuması  və kristallaşması  nəticəsində  əmələ  gələn süxurlar; soyuma 

şəraitinə görə effuziv (vulkanik) və intruziv (dərinlik) süxurlara bölünür. 

Effuziv süxurlar vulkan püskürmələri zamanı maqmanın Yer səthinə 

axaraq lava şəklində soyumasından, intruziv süxurlar isə maqmanın Yer 

qabığında müəyyən dərinlikdə başqa süxurlar içərisində soyumasından 

əmələ gəlir. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   611   612   613   614   615   616   617   618   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin