MAMIRLAR– Mamırkimilər (Bryophyta) şöbəsində birləşən, quru-
da, bəzən şirin suda yayılmış avtotrof bitkilər, çoxalması nəslin
növbələşməsilə gedir. Torpaqda, ağac qabığı və daşların üzərində geniş
yayılmışdır. M. hər yerdə (dənizlərdən başqa) yayılmışdır. Antibiotik
tərkibli bəzi növləri tibdə, torf mamırı kənd təsərrüfatında istifadə edilir,
(gübrə, qaba yem və s. kimi).
MARİKULTURA – dəniz sənaye orqanizmlərinin (istridyə, ma-
lyusk, yosun və s.) süni yetişdirilməsi və artırılması. (qismən dənizlərdə,
limanlarda, çay estuarisində).
Dostları ilə paylaş: |