MELİORASİYA
(lat. melioratio - yaxşılaşdırmaq)
–
(yaxşılaşdırma, yararlı hala salma) – torpaqların faydalı istifadəsi üçün
yararlı olmayan təbii şəraitin yaxşılaşdırılmasına yönəldilmiş təsərrüfat
və texniki tədbirlər sistemi: əsasən torpağın su, hava, qida və istilik
rejimlərini nizamlamaq yolu ilə həyata keçirilir. M. təbii fəlakətlərin
nəticələrini aradan qaldırmağa, torpaqlardan səmərəli istifadəyə imkan
verir. Tətbiq sahəsinə görə M. üç əsas qrupa bölünür:
1) Su rejimi əlverişli olmayan torpaqların M.-sı. Bataqlıq, su basmış
torpaqların, həmçinin quru bozqırların, susuz səhra və yarımsəhra
sahələrinin M.-sı. Buraya izafi nəmliyə qarşı mübarizə tədbiri kimi qu-
rutma M-sı, quraqlığa qarşı suvarma M.-sı (irriqasiya) daxildir.
2) Əlverişli olmayan fiziki-kimyəvi xassələrə malik (şorakətli, şor,
ağır gilli, lilli) torpaqların M.-sı. Bu qrupa şor torpaqların
duzsuzlaşdırılması və şorakətli torpaqların kimyəvi M.-sı daxildir.3)
Suyun və küləyin mexaniki təsirindən eroziyaya uğramış torpaqların
M.-sı. Su ilə səthi yuyulmuş, həmçinin suyun yarğanlar əmələ gətirdiyi,
sürüşmələr törətdiyi, küləyin qum yaratdığı sahələrin M.-sı.
Qurutma, duzsuzlaşdırma və kimyəvi M.-da əsas mübarizə tədbiri
ərazinin drenlənməsi, suvarma M.-sında isə əsas tədbir suvarma
şəbəkəsinin yaradılması və onun su mənbəyinə birləşdirilməsidir. Hər
iki halda torpağın su-duz rejimi normal saxlanmalı, lazımi aqrotexniki,
fitomeliorasiya və hidrotexniki üsullarla aparılır. Azərbaycan
Respublikasının düzənlik rayonlarında yarıdan çoxu müxtəlif dərəcədə
şor olan, suvarılmalı, şorakətli, qurudulmalı və su eroziyasına qarşı
mübarizə aparmalı torpaq vardır. Respublikada müxtəlif drenlər, Cey-
ranbatan, Sərsəng, Ağstafa, Xanbulançay, Xaçınçay, Arpaçay,
Bəhramtəpə su anbarları və qovşaqları tikilib istifadəyə verilmişdir.
Muğan-Salyan, Mil-Qarabağ, Şirvan, Dəvəçi-Xaçmaz zonalarında 100
min hektarlarla ərazi suvarılaraq duzsuzlaşdırılmış və kənd təsərrüfatı
üçün yararlı hala salınmışdır.
Dostları ilə paylaş: |