sisteminə daxildir. Atmosfer fizikası, atmosfer kimyası, dinamiki M.,
291
kompleks elmi fənn.
METEOROLOJİ XİDMƏT – iqlimin vəziyyətinin təbii,
süni və ya
antropogen dəyişməsinə nəzarət xidməti. Respublika Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə həvalə
olunmuşdur.
METEOROLOJİ MÜHARİBƏ – düşmənə iqtisadi
zərər yetirmək
və onun hərbi əməliyyatlarını çətinləşdirmək məqsədilə atmosfer
hadisələrinə fəal təsir göstərmək üsullarının məcmusu (yağmurlu
rayonların su rejimini dəyişdirmək, daşqınlar, tufan, qasırğa törətmək,
yolları keçilməz hala salmaq, azyağmurlu rayonlarda uzun sürən
quraqlıq törətmək və s.).
METİL SPİRTİ (Metonol) – CH
3
OH – şərab spirti iyi verən,
rəngsiz mayedir, narkotik təsirə malikdir, 64,5
0
-də qaynayır. M.s.
orqanizmdə oksidləşərək yüksək zəhərli birləşmələr – formaldehid və
qarışqa turşusu əmələ gətirir. M.s.-nin 30-100 mil-ri fərdi hissiyyatdan
asılı olaraq ölüm dozası sayılır.
Dostları ilə paylaş: