QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə620/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   616   617   618   619   620   621   622   623   ...   1096
MEXANİKİ  ÇİRKLƏNMƏ  – mühitin bilavasitə özündə  və orada 

yaşayan orqaninzmlərə mexaniki təsirin nəticəsində (məs. müxtəlif 

zibillərlə) çirklənmə. 

MEXANİKİ EROZİYA – traktor və digər kənd təsərrüfatı 

texnikasının mexaniki təzyiqi nəticəsində torpağın strukturunun 

pozulması. 

MEXANOXORİYA  – açılan meyvə toxumlarının mexaniki 

səpələnməklə yayılması. M. sarı akasiya, itxiyarı, xınagülü üçün xarak-

terikdir; bu bitkilərin yetişmiş meyvələri birdən açılır (partlayır) və 

toxumları zərblə tullayır. 




 

289 


 

MEQABİOSFER (yun. megas - böyük) – canlı orqanizmlərin daim 

yaşadığı bütün hidrosfer, atmosferin qatları (ozon qatına qədər) və litos-

ferin bir hissəsi. 

MEQAEKOSİSTEM  –  ən böyük ölçülü ekosistem (okean, biosfer 

bütövlükdə). 



MEQAPOLİS  –  əhalisi 10 mln.-dan artıq olan şəhərlərin nəhəng 

aqlomerasiyası. M.-ə Şanxay, Kalkutta, Tehran, Nyu-york, Tokio, San-

Paulu, Meksika, Rio-de-Jeneyro, London, Seul və b. aiddir. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   616   617   618   619   620   621   622   623   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin