QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə628/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   624   625   626   627   628   629   630   631   ...   1096
MEŞƏ EKOSİSTEMLƏRİ  – Mürəkkəb və yüksək məhsuldar 

ekosistemlər. Azərbaycan Respublikasında M.e.-ndə əsasən hündür boy-

lu (20-40 m) enliyarpaq ağaclar (fıstıq, palıd, vələs, cökə) dominantlıq 

edir. 


Fitofaqlar:  maral, qarapaça, çöl donuzu, ayı, cüyür, gəmiricilər və 

quşlar. Zoofaqlar: canavar, vaşaq, porsuq, tülkü və s. Qonur dağ-meşə 

torpaqları üstünlük təşkil edir. M.e. böyük torpaqqoruyucu

sutənzimedici rola malikdir, oduncaq, meyvə, giləmeyvə, dərman 

bitkiləri tədarük edilir. Rekreasiya əhəmiyyətindən geniş istifadə edilir. 

MEŞƏ ƏKİNLƏRİ – ağac və kolların səpini və ya əkini ilə salınan 

meşəliklər. M.ə. işlərini həyata keçirmək meşə  təsərrüfatının  əsas 

vəzifələrindən biridir. M.ə. meşəəkini fondu sahələrində, meşəsiz və 

yararsız torpaqlarda aparılır. M.ə. dövriyyəsinə toxum bazasının 

yaradılması (meşə-toxumçuluq sahələri və ya plantasiyalar), toxum 

tədarükü və  səpinə hazırlanması,  əkin materialı (tinglik) yetişdirmək, 

meşə əkini sahələrinin hazırlanması, torpağın şumlanması, toxum səpini 

və ya tinglərin basdırılması,  əkinlərə aqrotexniki və meşəçilik 

qulluqlarının yerinə yetirilməsi kimi işlər daxildir. 

Respublikanın meşə təsərrüfatları tərəfindən həm dağ, həm də düzən 

ərazilərdə M.ə. salınmışdır. Dağ yamaclarında M.ə.-də  əsasən qoz, 

şabalıd, adi göyrüş, adi şam, krım  şamı, düzən meşə  təsərüfatları 

ərazisində isə  əsasən ikinci dərəcəli ağac cinslərinə (ağ akasiya, yaşıl 

göyrüş, iydə) üstünlük verilmişdir. Burada qiymətli ağac cinsləri olan 

palıd, qoz, qovaq, saqqız ağacı, püstə, eldar şamı  əkinləri olduqca az 

sahə tutur. 



 


 

294 


 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   624   625   626   627   628   629   630   631   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin