MEŞƏ YANĞINLARI – M.y. əsasən kortəbii hadisələrlə yayılan
yanğına deyilir. M.y. ən çox əhalinin təqsiri üzündən baş verir (meşədə
tonqal qalamaq, ov etmək, ot çalmaq və s.). M.y. zamanı canlı və ölü
örtük, töküntü, yarpaq, budaqlar, meşə döşənəyi və s. yanır. M.y. meşə
təsərrüfatına böyük ziyan vurur: çoxlu oduncaq məhv olur, meşənin
tərkibi pisləşir, ağacların boy artımı zəifləyir, heyvanat aləmi məhv olur
və s. M.y-na qarşı mübarizə meşə təsərrüfatları tərəfindən yerinə
yetirilir.
MEŞƏ ZİYANVERİCİLƏRİ – meşəliklərə ziyan verən
(zədələyən) orqanizmlər. Meşəyə, əsasən, ziyan verən cücülər sinfidir,
bir qədər az ziyanvericilərdən bəzi gənələri, çoxayaqlıları, ibliz,
məməlilər (həşəratyeyənlər – kirpilər, göstəbək, siçanlar; cütdırnaqlılar
– qaban, cüyür və s. yırtıcılar – tülkü, ayı və bəzi quşlar). Bu
heyvanların verdiyi ziyan yarpaqların, tumurcuqların, çiçəklərin,
meyvələrin toxumların, budaqların, qabıqların, ağacın oduncağının,
köklərinin tam və qismən yeyilməsi və ya zədələnməsindən ibarətdir.
Bu zaman bitkilər (ağac və kollar, yeniyetmələr) zəifləyir, inkişafı
dayanır, bar vermir və çox vaxt məhv olur.
Cücülər meşə üçün daha təhlükəlidir, onlar kütləvi çoxalaraq geniş
ərazilərdə meşə təsərrüfatına ziyan yetirir.
Dostları ilə paylaş: |