QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə632/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   628   629   630   631   632   633   634   635   ...   1096
MEŞƏ MELİORASİYASI – bax: aqromeşəmeliorasiya. 

MEŞƏ MÜHAFİZƏSİNİN BİOLOJİ ÜSULLARI – 

(zərərvericilərdən və  xəstəliklərdən) bu üsullar entomopatogen 

mikroorqanizmlər, entomofaq – cücülər qidalanan quş və heyvanlardan 

istifadə etməklə aparılır. 



MEŞƏ  SƏNAYESİ  – meşələrdə oduncaq tədarük edən və onun 

emalı ilə məşğul olan sənaye sahələrinin məcmusu. 



MEŞƏ  SƏRVƏTLƏRİ  – iqtisadi və  mədəni cəhətdən cəmiyyətin 

meşəyə olan tələbatını ödəmək üçün meşənin məhsulundan və faydalı 

xüsusiyyətindən istifadə edilir. M.s.-nə oduncaq, texniki, ərzaq, yem, 



 

297 


 

dərman bitkiləri, həmçinin meşənin qoruyucusu və ictimai əhəmiyyəti 

daxildir. 

Oduncaq sərvətləri-xidməti, səhiyyə  və digər meşəqırma işləri vaxtı 

əldə edilir. Texniki sərvətlərə quttaperça, mantar qabığı, tinnidlər (gönü 

aşılamaq üçün), müxtəlif üzvi rəngləyicilər və s. aiddir. Meşənin  ərzaq 

sərvətlərinə – meyvə, giləmeyvə, göbələk, qoz, yem otları, həmçinin vəhşi 

heyvan və quşlar daxildir. Bura həmçinin meşə  ərazisində yerləşdirilən 

arıların məhsulu aid edilir. 

Yem sərvətlərinə meşə sahəsindən  əldə edilən ot, çırpı, yem 

məqsədilə toplanan meyvələr (palıd qozası  və s.) daxildir. Meşənin 

dərman sərvətləri farmakologiyada geniş istifadə olunur. Dərman 

preparatlarının 40%-dən çoxu dərman bitkilərindən hazırlanır. 

Preparatlar ot, ağac və kolların meyvəsindən, yarpaqlarından, 

qabığından və s. hazırlanır. 

Meşənin qoruyucu funksiyası onun torpağı su və külək 

eroziyasından, sellərdən, uçqundan, hava və su hövzələrini 

çirklənmədən, insan və heyvanları  səs-küydən qorumasıdır. Meşənin 

ictimai  əhəmiyyətinə onun rekreasiya, kurort, estetik xüsusiyyətləri 

daxildir. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   628   629   630   631   632   633   634   635   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin