QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə630/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   626   627   628   629   630   631   632   633   ...   1096
MEŞƏ FONDU – mühafizə  və meşəsalma işləri nəzərdə tutulan 

meşə sahəsi (meşə ilə örtülü və meşə ilə örtülü olmayan sahələr). 



MEŞƏ XƏRİTƏLƏRİ – meşələrin bioloji və iqtisadi xüsuiyyətləri 

müəyyən sistemli şərti işarələrlə göstərilir. Meşə  sərvətlərinin aşkar 

edilməsi, məhsuldarlığının qiymətləndirilməsi və meşənin 

qorunmasında M.x.-ndən geniş istifadə olunur. Məqsəd və  tərkibinə 

görə M.x. şərti olaraq bioloji (meşənin məhsuldarlığı, meşənin tipi, ağac 

cinslərinin paylanması, fenoloji, meşəpotoloji və s.) və iqtisadi (meşə 

təsərrüfatı, meşə istismarı  və s.) xəritələrə bölünür. Meşə  təsərrüfatı 

ərazisi üçün təsərrüfat fəaliyyətini nizama salmaq məqsədilə M.x. 1:10 

000-1:25 000 miqyasında, obzor materialları isə 1:100 000, 1:250 000 

miqyasında verilir. 



MEŞƏ KADASTRI – Meşənin səmərəli istifadəsi, qorunması, 

mühafizəsi və meşə  təsərrüfatının inkişafının planlaşdırılmasını  təşkil 

etmək məqsədilə meşələrin dövlət uçotu və dövlət M.k. aparılır. Dövlət 

M.k. meşə quruluşu materialları  əsasında yerinə yetirilir. Meşə 

təsərrüfatından səmərəli və effektli istifadə etmək məqsədilə dövlət 

M.k.-na meşələrin kəmiyyət və keyfiyyət vəziyyəti haqqında 

məlumatlar, meşələrin qoruyucu kateqoriyalara bölünməsi və s. daxil 

edilir. Dövlət M.k.-nın sənədləşdirilməsi dövlət meşələrində, qoruq 

meşələrində  və ayrı-ayrı müəssisə  və  təşkilatlara aid meşələrdə 

aparılmalıdır. 

Hazırda bəzi SNQ dövlətlərində M.k. aparılır. Respublikamızda 

vaxtilə bu işə başlanmış, lakin sonra davam etdirilməmişdir. Onun 

aparılması respublikamızın meşə təsərüfatları üçün vacib məsələ hesab 

edilməlidir. 



MEŞƏ  KƏNARI  – qonşu biosenoza zolaq şəklində dar keçidli 

sərhəd (ekoton). Meşə  kənarında çox vaxt kollar, sarmaşıqlar, meşədə 

dominantlıq edən ağacların pöhrələri bitir. Çox vaxt meşə  kənarının 



 

296 


 

bitki örtüyü ekoton suksessiyaları üçün prosenoz kimi müşahidə olunur. 

Bu zaman meşənin sərhədi suksessiv (dəyişkən) olur. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   626   627   628   629   630   631   632   633   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin