MEZOHİQROFİLLƏR – orta rütubətli yerlərdə yaşamağı üstün tu-
tan heyvanlar (əksərən mülayim qurşaqda rast gəlinən heyvanlar. (Ter-
mini R.Dajo (1975) təklif etmişdir.
MEZOHALOFİTLƏR – ortaduzlu suları üstün tutan bitkilər.
MEZOHİQROFİTLƏR – orta rütubətli yerləri üstün tutan bitkilər.
MEZORELYEF – relyef forması, makrorelyef ilə mikrorelyef
arasında orta vəziyyət tutur. Məs., dərə, çökəklik və s.
MEZOSAPROB ORQANİZMLƏR, MEZOSAPROBLAR – üzvi
maddələrlə orta dərəcədə çirklənmiş su hövzələrində yaşayan bitki və
heyvan orqanizmləri. Belə sularda oksidləşmə məhsulları – nitratlar və
nitritlər, sərbəst oksigen olur, lakin parçalanmayan zülallar olmur.
α M.o. və β M.o. var. α M.o. çirklənmiş və oksigen defisiti artıq olan
sularda inkişaf edə bilir; bunlara bakteriyalar, bəzi göbələklər və yosun-
lar, ibtidailər və s. aiddir.
β M.o. az çirklənmiş və oksigen defisiti çox da
artıq olmayan sularda yaşayanlardır; bunlar diatom yosunlar, bəzi
çiçəkli bitkilər, qamçılılar, kökayaqlılar, kirpikli infuzorlar, həmçinin
292
bəzi molyusklar, xərçəngkimilər, həşəratlar və balıqlardır.
MEZOSFER – atmosferin stratosfer ilə ionosfer arasındakı təbəqəsi.
Təqr. 50 km-dən 80-85 km-dək yüksəklikdə yerləşir. M. temperaturun
yüksəkliyə görə təq. 0
°C-dən 90°C-yədək azalması ilə səciyyələnir.
Dostları ilə paylaş: |