MEZOTERMOFİTLƏR – orta istisevər termofil bitkilər, öz
inkişafları üçün mülayim temperatur tələb edir. Vegetasiya dövründə
orta ongünlük temperaturun 15-20
°C olmasına üstünlük verir. Mezoterm
hidrofitlər, mezofitlər və kserofitlər ayırmaq olar.
MEZOTROF ORQANİZMLƏR – torpağın münbitliyinə, qida
maddələrinə, o cümlədən mineral maddələrə orta dərəcədə tələbatı olan
orqanizmlər.
MEZOTROF SU HÖVZƏSİ – Su orqanizmləri üçün qida
maddələri orta dərəcədə olan su hövzəsi. Belə su hövzələri təmiz, şəffaf
olur.
MEYVƏ BİTKİLƏRİ – şirəli və ya bərk, yeyilən meyvəsi olan,
yabanı halda bitən və becərilən ağac, kol, yarımkol, çoxillik kolcuqlar
qrupu. M.b.-nə alma, armud, heyva, albalı, ərik, badam, fındıq, qoz,
zeytun, əncir və s. daxildir. Bir çox subtropik və tropik M.b.-ndən man-
qo, banan, sitrus bitkiləri və s. göstərmək olar.
MEYVƏÇİLİK – bitkiçilik sahəsi, insanın qidalanması üçün yararlı
meyvə verən çoxillik bitkilərdən bəhs edən elm. Azərbaycanda M. üzrə
elmi-tədiqat işləri Qubadakı Azərb. Bağçılıq, Subtropik bitkilər Elmi
istehsalat Birliyi və onun Göyçay, Zaqatala, Ordubad, Lənkəran təcrübə
stansiyaları və dayaq məntəqələrində aparılır.
MEŞƏ – öz inkişafında bioloji cəhətdən bir-birilə bağlı olan və bir-
birinə, həm də xarici mühitə təsir göstərən ağac, kol, ot, digər, bitkilər
(mamır, şibyə), heyvanat aləmi və mikroorqanizmlərin birliyi (vəhdəti)
olub biosferin mühüm tərkib hissəsidir, coğrafi landşaftın elementidir.
Meşə biogeosenozdur, biogeosenozlar sistemidir.
M. təbiətin orijinal və təkrarolunmaz hissəsidir. O, öz qanunları ilə
yaşayır və inkişaf edir. Öz mövcudluğu və inkişafı üçün M. öz-özünə
əlverişli şərait yaradır, qida və su ilə öz-özünü təmin edir, təzələyir,
gələcək nəslinin qorunub saxlanması üçün özünə qayğı göstərir.
Meşədəki ağaclar sıx bitdiyindən bir-birinə böyük təsir göstərir, ona
görə də orada ağaclar uca boylu, düz gövdəli, çətirləri isə az inkişaf
edərək ensiz və gödək olub, ağacların təpə hissəsində yerləşir. M.-də
ilbəil arası kəsilmədən ağac və kolların küllü miqdarda yarpağı, xırda və
iri budaqları, qabıq, çiçək və meyvələri tökülür, onlara isə milyonlarla
həşərat qalıqları qarışır. Torpaq səthinə düşən bu töküntülər tədricən
çürüyüb parçalanır və qalın üzvi kütlə (meşə döşənəyi) əmələ gətirir.
M.-də üstünlük təşkil edən ağac cinsləri meşənin edifikatorları adlanır.
Onlar meşənin, eyni zamanda bütün biosferin üzvi maddələrinin əsas
kütləsi sayılaraq maddələrin dövranında və ətraf mühitin dəyişilməsində
mühüm rol oynayır. Respublikamız az meşəli olub ərazisinin yalnız 10
faizi meşə ilə örtülüdür. Lakin meşələrimiz ağac, kol və heyvan növləri
ilə olduqca zəngindir. Burada 450-dən çox yabanı ağac və kol növü bi-
293
tir. Onların 70-i endem növləri olub respublikamızdan başqa dünyanın
heç bir yerində təbii halda bitmir.
Dostları ilə paylaş: |