MEZOEKOSİSTEM (yun. mesos - orta) – orta ölçülü ekosistemlər
(ayrı-ayrı göllər, çaylar, nohur və s.).
MEZOİQLİM – təbii şəraiti eyni olan nisbətən kiçik ərazinin (məs.
müəyyən meşə massivi, dağarası çökəklik, kiçik şəhər və s.) iqlimi. Ma-
kroiqlim və mikroiqlim arasında keçid təşkil edir.
MEZOFİLLƏR – hava və torpağın orta rütubətliyi şəraitinə
uyğunlaşıb yaşayan heyvanlar. Bura olduqca çoxlu quş və heyvan
növləri daxildir.
MEZOFİTLƏR – orta dərəcədə rütubətli torpaqlarda bitən bitkilər.
Kserofitlərlə hiqrofitlər arasında keçid təşkil edir. M.-ə, əsasən, ağac və
kollar, xüsusilə çəmən bitkiləri (çəmən qırtıcı, üçyarpaq yonca,
pişikquyruğu və s), bəzən də yarımsəhra və bozqırlarda bitən efemerlər,
kənd təsərrüfatı bitkilərinin çoxu və alaqlar daxildir.
Dostları ilə paylaş: |