MEŞƏ İLƏ ÖRTÜLÜ SAHƏ – meşə fondunun ağac (meşə) bitkisi
ilə örtülü hissəsi, fazlə.
MEŞƏ QORUMA, DÖVLƏT MEŞƏ QORUMA – M.q.-nın əsas
vəzifələri: meşə yanğınlarının qarşısını almaq, yanğınları vaxtında aşkar
etmək və ona qarşı mübarizə aparmaq; insanın ziyan verən
hərəkətlərindən – öz başına (qanunsuz) ağacların kəsilməsi, oğurlanması
və s.-dən mühafizəsi; meşəqırma, meşədə ot çalımı, mal-qara otarılması
və digər istismar növlərinə nəzarət; meşədə ziyanverici həşəratlar və
xəstəliklər zahirə çıxdıqda xəbərdarlıq etmək; meşədə heyvanların
ovlanma qaydası və vaxtına nəzarət etmək. M.q. işlərinin yerinə
yetirilməsi və nəzarəti Respublikanın Ekologiya və Təbii Sərvətlər
Nazirliyi Meşə Departamentinə həvalə olunmuşdur.
MEŞƏ QRUPLARI – meşələrin xalq təsərrüfatı əhəmiyyətinə
uyğun olaraq, onların yerləşdiyi ərazidən və funksiyalarından asılı
olaraq dövlət meşələri üç qrupa (I, II, III) ayrılır. I-qrupa əsasən
suqoruyucu, torpaqqoruyucu, səhiyyə-gigiyena və sağlamlıq funksiyası
daşıyan meşələr daxildir. Bu meşələrdə istifadə olduqca
məhdudlaşdırılır. Meşədə yalnız meşə-bərpa, xidməti və sanitar
qırıntısına icazə verilir. II qrup meşələrdə başdan-başa, tədrici və seçmə
qırıntısına icazə verilir. III qrup meşələr çoxmeşəli rayonlarda yerləşir
və burada başdan-başa qırıntı üsulları tətbiq edilir. II, III qrup
meşələrinə Ural,Sibir meşələri daxildir.
Azərbaycan respublikasının meşələri I qrupa aiddir.
MEŞƏ QURULUŞU – meşə fondunun təşkilinə, meşənin
taksasiyasına, meşələrin uçotunda və öyrənilməsində prespektiv dövr
üçün meşə təsərrüfatının idarə olunması layihəsini tərtib edir və
kompleks tədbirlər hazırlayır. M.q. zamanı meşə ehtiyatlarının yenidən
bərpası və s. üçün tədbirlər müəyyən edilir.
Dostları ilə paylaş: |