30
Bozdağın
arid ardıc
meşəsi
ARİD EKOSİSTEMLƏR – çöl və səhra zonalarının ekosistemləri.
ARİD İQLİM – səhra və yarımsəhraların quru, isti iqlimi. A.İ.-də
düşən yağıntının miqdarı buxarlanan suyun miqdarından bir neçə dəfə
azdır. A.i-li sahələrdə daimi axar çay olmur. Bitki örtüyü yox
dərəcəsindədir. A.İ.-əsasən tropik və subtropik enliklər üçün
səciyyəvidir. (Böyük Səhra, Ərəbistan yaylası və Avstraliya səhraları).
Dəniz hövzələrindən uzaqlığı ilə əlaqədar Mərkəzi və Orta Asiya
səhraları da A.i.-ə malikdir.
ARİD SƏHRA – subtropik və tropik qurşaqlarda, hər iki
yarımkürənin passat küləkləri əsasında xas olan səhra zonal tipi. Quru
və isti kontinental iqlim ilə səciyyələnir.
ARİD TORPAQLAR – torpaqdan buxarlanan rütubətin onun aldığı
rütubətdən çox olduğu rayonlarda əmələ gələn torpaqlar. Su ilə
yuyulmadığı üçün torpaq profilində, yaxud torpaqaltı qatlarda karbonat,
xlorid və sulfatlar toplanır. Quru çöllərdə, səhralaşmış savannalarda,
yarımsəhra və səhralarda əmələ gəlir. A.t.-a şabalıdı, boz qonur
yarımsəhra və müxtəlif səhra torpaqları aiddir.
ARİD ZONA – arid iqlim olan ərazi; səhra və yarımsəhra zonaları.
Burada əkinçilik yalnız süni suvarma aparmaqla mümkündür.
ARİDLİK – orqanizmin həyatı üçün rütubətin çatışmazlığını
yaradan quru (arid) iqlim.
Dostları ilə paylaş: