ASİDOFOB ORQANİZMLƏR – çox turşuluğa davam gətirməyən
və yalnız qələvi mühitdə inkişaf edən (bazifil) orqanizmlər. Bəzi bakte-
riyalar (məs. sidik cövhərini parçalayan bakteriyalar, həmçinin çuğun-
dur, yonca və lobya kimi ali bitkilər A.o.-dir).
ASPEKT (yun. Aspectus - görünüş) – vegetasiya dövrü ərzində
bitkinin inkişaf fazasının və bitmə şəraitinin dəyişilməsilə əlaqədar fito-
senozun xarici görünüşü. Bitkilərin inkişaf fazaları fəsillərə görə
dəyişildiyindən fitosenozun xarici görünüşü də dəyişir. Bu çəmənlərdə,
bozqırlarda və enliyarpaqlı meşələrdə daha aydın nəzərə çarpır. A.
müxtəlif illərdə iqlim şəraitinə görə də dəyişə bilir. A. adətən, bitkilərdə
üstünlük təşkil edən, onun həyatında böyük rolu olan rəngin adına əlavə
edilir. Məs. cilin quru yarpaqlarının qonur A-i, xoruzgülünün qızılı-sarı
A-i və s.
ASPEKTLƏŞDİRMƏ – ilin mövsüm tsikllərinin (erkən yaz, yaz,
yay, payız və qış) bitki və heyvan qruplarının xarakterinə, xarici
görünüşünə (aspekt) və aktivliyinə təsir dərəcəsinin müşahidəsi və təsvir
edilməsi.
ASSENİZASİYA – kanalizasiya olmayan yerlərdə təmizləmə siste-
mi: əsasən çalalardan müxtəlif çirkab və tullantıların daşınması üçün
görülən tədbirlər. Müasir şəhərlərdə A.-ya ehtiyac aradan qalxmışdır.
Dostları ilə paylaş: |