mühit neytral, 7-dən aşağı turş, 7-dən yuxarı qələvi hesab olunur. M.a.r.
ola bilər. Təbiətdə insanın bilavasitə təsirinə misal olaraq geniş
edilməsini göstərmək olar. Bu isə bir sıra növlərin kəskin azalmasına,
318
bir çox hallarda isə tamamilə sıradan çıxmasına səbəb olur. Vasitəli an-
tropogen amillər landşaft, iqlim, atmosferin fiziki vəziyyəti və kimyəvi
tərkibi, hidrosfer, torpaq və s.-nin dəyişməsi yolu ilə baş verir. Mühitin
sənaye və məişət tullantıları ilə çirkləndirilməsinə, ekoloji tarazlığın
pozulmasına, minillərlə təkamül olunaraq yaranmış biosenozların (orqa-
nizm qruplaşmalarının) deqredasiyasına səbəb olur. İnsanların
torpaqların məhsuldarlığını artıraraq təbii komplekslərin yerində mədəni
bitkilər və ev heyvanları üçün praktiki cəhətdən yeni mühit,
orqanizmlərin yeni qruplaşmalarını – aqrobiosenozları yaratdı.
Torpaqların intensiv şumlanması və hədsiz mal-qara otarılması, suqo-
ruyucu meşələrin qırılması bir sıra rayonlarda təbii qruplaşmaları ağır
vəziyyətə saldı, su və külək eroziyasını gücləndirdi, çayların suyunu
azaltdı. Hazırda Yer üzərində insan fəaliyyətinin təsir göstərmədiyi
sahəyə çətin rast gəlmək olar. İnsanın təbiətə göstərdiyi böyük təsir və
onun mənfi nəticələri bəşəriyyətin qarşısında biosferin sərvətlərinin qo-
runub saxlanması və ondan səmərəli istifadə olunması üzrə elmi
cəhətdən əsaslanmış tədbirlərin həyata keçirməsi vacibliyini irəli sürdü.
Dostları ilə paylaş: