MUTALİZM – müxtəlif növdən olan iki orqanizmin uzun müddət
qarşılıqlı faydalı birgə yaşaması.
MUTANTLAR – dəyişkənlik nəticəsində meydana gələn və hər
hansı əlamətə görə normal tipdən fərqlənən, irsiyyətcə dəyişmiş orqa-
nizm formaları. M. təbii seçmədə ilk material sayılır. Məhsuldarlığın ar-
tırılmasında və süni mutagenezin nəzəri məsələlərinin həllində mutan-
tlardan geniş istifadə edilir.
MUTASİYALAR (lat. mutatio - dəyişmə) – genetik aparatda
genlərin bir allel vəziyyətdən başqa vəziyyətə keçməsi, xromosomların
sayının və quruluşunun dəyişilməsini birləşdirməklə qəflətən başverən
davamlı (sabit) dəyişkənliklər. Generativ hüceyrələrdə baş verən M.
(generativ M.) irsən nəslə keçir, çoxalmada iştirak etməyən bədən
hüceyrələrində əmələ gələn M. (somatik M.) genetik alabəzəkliyə
(mozaikliyə) səbəb olur. M. orqanizmin morfoloji, fizioloji və
biokimyəvi əlamətlərinə toxunur. M.-ı adətən fenotipə görə deyil, gene-
tik aparatın dəyişilmə xarakterinə görə təsnifləşdirirlər. Bu baxımdan
M.-ı aşağıdakı tiplərə ayırırlar: 1) Xromosom sayının dəyişilməsi,
yaxud genom M-ı; 2) ayrı-ayrı xromosom sayının dəyişilməsi, yaxud
aneuploidiya; 3) Xromosom yerdəyişmələri (yaxud seqment M.-ı); 4)
Gen yaxud nöqtəvi M.-ı. Hər bir növ üçün müəyyən xromosom yığımı
xarakterikdir.
|