MÜHİTİN ÇİRKLƏNDİRİLMƏSİ – mümkün normadan yuxarı
dərəcədə istehsalın əlavə məhsulları ilə xarici mühitin dəyişməsi.
Çirkləndirici elementlərə bərk, maye və qazşəkilli maddələr, zərərli ra-
diasiya və səs-küy daxildir. Ağır metallarla (civə, qurğuşun, kadmium),
fosfatlar, nitratlar, kükürd-oksidi, kənd təsərrüfatı ziyanverici və
xəstəliklərilə mübarizədə istifadə olunan, zəhərli kimyəvi maddələr
(DDT, aidrin və s.), ionlaşdırıcı radiasiya, radioizotoplar, sənaye və
nəqliyyatın səs-küyü daha ziyanlı sayılır. Yuxarıda göstərilən
maddələrin bəziləri mutagen təsir göstərərək xənçəng xəstəliklərinin
yaranmasına səbəb ola bilər. Hazırda çirklənməyə ciddi nəzarət
olunmasının bəşəriyyət qarşısında vacibliyi meydana çıxmışdır.
Respublikamızda bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilir.
Dostları ilə paylaş: |