MÜHİTİN SANİTAR NƏZARƏTİ – insan və ev heyvanlarının
sağlamlığının qorunması mövqeyi ilə ətraf mühitin keyfiyyətinə nəzarət.
Su, hava, torpağın bakterioloji, mikrobioloji, parazitor və kimyəvi anali-
zi M.s-n-ə daxildir.
MÜHİTİN TƏZYİQİ – limitlənmiş (əlverişsiz) və stimullaşmış
(əlverişli) rol oynayan mühit şəraitinin cəmi (məs., populyasiyanın
doğuma, ölümə, say və sıxlığına, ekosistemin məhsuldarlığına). M.t.
həmişə ekosistemin müxtəlif komponentləri arasında müəyyən tarazlıq
vəziyyəti yaratmağa yönəlir.
MÜHİTİN TUTUMU – 1) müəyyən ərazidəki resurslardan tələbatı
ödənilən fərdlər və qruplaşmaların sayı (həmin ərazinin vəziyyətinə
zərər dəymədən), 2) təbii və ya antropogen mühitin müxtəlif maddələri
daxil (qəbul) edərək davamlığını saxlaması.
Dostları ilə paylaş: |