ATMOSFER AKUSTİKASI – akustikanın bir bölməsi; atmosferdə
səs dalğalarının yayılmasını öyrənir və atmosferi akustik üsullarla tədqiq
edir. A.-a-nın mühüm vəzifələri atmosferin Yer səthinə yaxın və yuxarı
təbəqələrini tədqiq etmək, səs-küyün aradan qaldırılması yollarını, səs
dalğalarının yayılmasını və s.-ni öyrənir.
ATMOSFER AMİLİ – atmosferin fiziki vəziyyəti və kimyəvi
tərkibi ilə bağlı amil. (atmosferin seyrəkliyi, temperaturu, tərkibi,
çirklənməsi və i.a.).
ATMOSFER ÇÖKÜNTÜLƏRİ (YAĞINTILARI) – buludlardan
damcı (yağış) və ya bərk halda (qar, dolu) yerə tökülən və havadan yer
səthinə və ya əşya üstünə çökən (şeh, qrov) su. Yağıntının miqdarı
düşən suyun əmələ gətirdiyi qatın qalınlığı ilə, mm-lə ölçülür. A.ç. Yer
kürəsində qeyri-bərabər, lakin qanunauyğun paylanır. Azərbaycanda
yağıntıların miqdarı və rejimi müxtəlifdir. Yağıntının orta illik miqdarı
36
110 mm-dən (Puta) 1750 mm-ə (Kəkiran, Lənkəran) dəyişir. A.ç. hava
və iqlimin mühüm elementlərindən olub kənd təsərrüfatı üçün böyük
əhəmiyyətə malikdir. A.ç. xüsusi cihazlarla (yağışölçən, plüvioqraf və
s.) ölçülür.
Dostları ilə paylaş: |