POPULYASİYANIN SIXLIĞININ TƏRƏDDÜDÜ – bir nəsil
müddətində və ya nəsildən-nəslə populyasiyanın məskunlaşma
sıxlığının tərəddüdü (dəyişməsi).
POPULYASİYANIN STASİONAR VƏZİYYƏTİ – doğum ölümə
bərabər olduqda və populyasiyanın sıxlığı daim eyni səviyyədə olarkən
populyasiyanın inkişaf fazası. P.s.v. ətraf mühitin optimal şəraitində (ab-
iotik faktorların, parazitlərin, xəstəliyin, emiqrasiyanın kəsgin tərəddüdü
olmadıqda) mümkündür.
POPULYASİYANIN STRUKTURU – fərdlərin sahədə yayılması
xarakteri, həmçinin cinsiyyət, yaş və digər morfoloji, fizioloji
xassələrinə görə yayılması. İerarxiya P.s.-na görə (Naumov, 1963)
coğrafi, lokal (yerli və ekoloji), elementar (mikropopulyasiya) populya-
siyalar ayrılır. Demoqrafik P.s.-da yaş və cinsiyyət tərkibi izah edilir.
POTENSİAL AREAL – Növün həyatilik imkanlarına uyğun ekoloji
361
şərait olan ərazi.
Dostları ilə paylaş: |