QəRİb məMMƏdov mahmud xəLİlov


POTENSİAL MÜNBİT SÜXURLAR



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə780/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   776   777   778   779   780   781   782   783   ...   1096
POTENSİAL MÜNBİT SÜXURLAR – bitkinin inkişafı üçün 

əlverişli fiziki, kimyəvi və məhdud da olsa aqrokimyəvi xassələrə malik 

olan dağ süxurları. Adətən bunlar IV dövr (löss və lösəbənzər zoogen 

əhəng) çöküntü süxurlardan (absidian, seolit, balıqqulaqlı  əhəng) və 

vulkan küllərindən ibarət olur. 

POTOMBENTOS  – axar su hövzələrinin dibində  məskunlaşan 

(yaşayan) su orqanizmlərinin məcmusu. 



POTOMOBİOLOGİYA – çaylarda həyatı öyrənən təlim. 

POTOMOFİLLƏR – bax: reofillər. 

POTOMODROM BALIQLAR – su axınının (çayın) bir 

zonasından digərinə miqrasiya edən (məs. yuxarıdan aşağıya) balıqlar 

(şirbit durnabalığı və s.). 

POTOMOLOGİYA  – hidrologiyanın bir bölməsi: çaylarda fiziki, 

kimyəvi və bioloji hadisələri öyrənir. “P”. terminini alman 

coğrafiyaşünası A.Penk (1898) təklif etmişdir. 

POTOMOPLANKTON, ÇAY PLANKTONU – çaylarda və digər 

təmiz axar sularda yaşayan və axarla passiv aparılan (axıdılan) 

orqanizmlərin məcmusu. P. növ cəhətdən kasatdır (xüsusilə çayların 

yuxarı hissəsində axın sürətli olduğundan). Fitopotomplankton adətən 

diatom, dinofit, göy-yaşıl yosunlardan, zoopotomoplankton – kolo-

vratkam, kolepodam, kladoseram və s.-dən ibarətdir. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   776   777   778   779   780   781   782   783   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin