POPULYASİYANIN İNTEQRASİYASI – qida, sahə və digər
qarşılıqlı əlaqələrinin sıx bağlılığı əsasında populyasiyaların vahid
ekosistemdə birləşməsi.
POPULYASİYANIN NİZAMLANMASI – tarazlıq vəziyyətinə
uyğun populyasiyanın ölçüsünün (sayının) bərpa olunması cəhdi.
POPULYASİYANIN SABİTLİYİ – populyasiyanın öz tərkibini
(sayını) daim saxlamağa cəhd etməsi.
POPULYASİYANIN SAYI – Hər bir vaxt anında bir populyasiyaya
aid olan orqanizmlərin sayı.
POPULYASİYANIN SAYININ TƏNZİMLƏNMƏSİ
–
populyasiyanın böyüməsinin ləngidilməsi və ya sayının azaldılması üzrə
tədbirlər.
POPULYASİYANIN SAYININ TƏRƏDDÜDÜ – abiotik
faktorların təsirilə, həmçinin immiqrasiya və ya emiqrasiya prosesində
vaxta görə populyasiyanın sayının tərəddüdü (dəyişməsi).
POPULYASİYANIN SIXLIĞI – vahid sahədə və ya həcmdə popu-
lyasiya fərdlərinin (və ya biokütləsinin) sayı. P.s. ətraf mühitin
faktorlarından, yaxud mühitin həcmindən asılıdır.
Dostları ilə paylaş: |