POZULMUŞ TORPAQLAR – İnsanın istehsal fəaliyyəti
nəticəsində torpağın təsərrüfat əhəmiyyətini itirməsi, torpaq, bitki
örtüyünün hidroloji rejiminin pozulması və texnogen relyefin əmələ
gəlməsi ilə əlaqədar ətraf mühitə mənfi təsir mənbəyi sayılır.
POLİSENOTİK POPULYASİYA – Bir biosenozdan başqasına ak-
tiv yerdəyişən (hərəkət edən) heyvan populyasiyası. Məs. dırnaqlı hey-
vanlar, yırtıcılar, köçəri quşlar, köçəri heyvanlar.
POPULYASİYA, ekologiyada (lat. populus – xalq, əhali) –
müəyyən ərazidə yerləşən, bir-birilə və başqaları ilə qarşılıqlı əlaqə şəra-
itində uzun müddət sayını tənzim edə bilən hər hansı növün fərdlər qru-
pu; uyğunlaşma xarakterli struktur və həyat ritminə malikdir. Növlər
çoxlu populyasiyadan ibarətdir. Ev heyvanlarının ayrı-ayrı qruplarının
(cins, sürü) və mədəni bitkilərin (sort, klon, xətt) də P.-sı vardır. P.-nın
mühüm xüsusiyyəti fərdlərlə tənzim olunmasıdır. P. daxilində ərazi və
qida əlaqəsinə nisbətən çoxalma əlaqəsi daha güclüdür. Fərdlərin gene-
tik morfofizioloji və etoloji cəhətdən müxtəlif keyfiyyətli olması P.-da
davamlı struktur yaradır. P.-ya daxil olan fərdlərin sayı çox dəyişə bil-
diyi üçün onun strukturu dinamikdir. Buna görə də P.-nın tutduğu
sahənin sərhədlərini müəyyən etmək çətin olur. Konkret şəraitdə P.-nın
ən çox əlverişli sayına onun homeostazı deyilir. P. öz sıxlığını
tənzimləməklə növün nəslini qoruyub saxlayır. P-lar sayına və struktu-
runa təsir göstərərək biogeosenozun dinamikasına səbəb amilə çevrilir.
Beləliklə, ayrı-ayrı fərdlərin mühitə uyğunlaşma qabiliyyətinə nisbətən
P.-nın uyğunlaşma imkanı genişdir. Özündə çoxlu P. birləşdirən növün
uyğunlaşma imkanı isə daha çoxdur.
Dostları ilə paylaş: |