358
quru vəziyyətinə qədər quruyaraq həyat qabiliyyətini itirməyən və tez
bir vaxtda rütubətlə doyub anabiozdan çıxmaq qabiliyyətinə malik spor-
lu bitkilər (yosunlar, şibyələr).
POYKİLOKSEROFİTLƏR – İlin quraqlıq dövründə yarpaqlarının
xeyli susuzlaşmasına davam gətirmək qabiliyyətinə malik olan ali
bitkilər.
POYKİLOTERM HEYVANLAR – soyuqqanlı heyvanlar, ekto-
term heyvanlar, bədəninin temperaturu ətraf mühitin temperaturundan
asılı olan və xarici fiziki-kimyəvi mexanizmi ilə nizamlanan heyvanlar.
Onlara bütün onurğasız heyvanlar, balıqlar, suda-quruda yaşayanlar və
sürünənlər aiddir.
POZULMUŞ LANDŞAFT – təbii resursların səmərəsiz istifadəsi
nəticəsində yaranan antropogen landşaft tipi.
Dostları ilə paylaş: