POLİVİNİL XLORİD (PVX) – polietilendən sonra məişətdə ən
geniş istifadə olunan sintetik polimerdir. PVX-dən boru, pəncərə
çərçivəsi, jalyuzlar, döşəmə üçün qablamalar, oyuncaqlar və s.
hazırlanır. Ərzaq qablamada PVX-dən istifadə olunması məsləhət
görülmür. PVX-dən hazırlanmış məmulatların zibilyandıran zavodlarda
yandırılması xüsusilə təhlükəlidir, çünki bu zaman onun tərkibində olan
dioksinlər, hidrogen-xlorid, ağır metalların uçucu birləşmələri atmosferə
atılır. PVX məmulatlarını həyətdə, bağda yandırmaq da təhlükəli sayılır.
Almaniyada PVX-dən istifadə olunması artıq dayandırılmışdır.
POLİVOLTİNLİK – heyvanların (adətən cücülərin) il ərzində bir
neçə nəsil vermə xüsusiyyəti (ev milçəyi, qara yonca milçəyi və s.).
Dostları ilə paylaş: |