SU TOKSİKOLOGİYASI – toksikologiyanın bölməsi: su mühiti-
nin toksikliyini, su orqanizmlərin zəhərin təsirinə qarşı reaksiya mex-
anizmini və toksikantların təsir mexanizmini öyrənir.
SUALTI VEGETASİYA ZONASI – bitkinin suyun dibində
müəyyən üsullarla bərkimiş və demək olar ki, bütövlüklə suyun altında
qalan su hövzəsinin sahəsi. Həyat fəaliyyəti üçün zəruri olan bütün
maddələr (mineral duzlar, karbon-4 oksid və s.) bitkiyə sudan daxil olur.
SUAYRICI – bir-birinə əks istiqamətlənən iki yamaca atmosfer
yağıntılarının axımını bölüşdürən xətt. İki axım hövzəsini ayıran dağ
silsiləsi və ya səthin hündür sahəsi.
Dostları ilə paylaş: |