QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə890/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   886   887   888   889   890   891   892   893   ...   1096
SUKSESSİYA KLİMAKSI – bax: klimaks. 

SUKSESSİYA MƏRHƏLƏLƏRİ  – ekosistemin inkişaf dövrləri. 

F.Y.Klements (1928) 6 S.m. ayırır: 1) denudasiya; 2) pionerlik (immi-

qrasiya); 3) kolonizasiya; 4) növarası rəqabət; 5) biosenotik reaksiya; 6) 

Stabilləşmə (klimaks). Biosenozun pionerlikdən stabilliyə qədər inkişafı 

seriyanı  təşkil edir. Hər S.m. biosenozun inkişaf vahidi olub biotopun 

xüsusi (spesifik) fiz., kim., iqlim və biotik şəraitlərilə xarakterizə olunur. 




 

408 


 

SUQORUYUCU MEŞƏLƏR– suqoruyucu funksiyası daşıyan 

meşələr. Adətən çay, göl, su anbarı sahillərində qoruyucu zolaqlar 

şəklində ayırırlar. Suqoruyucu zonaya daxildir. S.m. su hövzələri 

ərazilərinin mikroiqlimini və hidroloji rejimini yaxşılaşdırır, suyu 

çirklənmədən qoruyur. Çayların yüksək sululuq dərəcəsini saxlayır, 

yerüstü axını yeraltı axına çevirərək, yeraltı suların ehtiyatını artırır, çay 

sahillərini dağılmaqdan mühafizə edir, çaylarda suyun temperaturunu 

aşağı salır. S.m. respublikamızın düzən (aran) ərazisində xüsusi 

əhəmiyyətə malik olub oranın iqlimini nizama salır, böyük tarlaqoruyu-

cu rolu olub kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının sabitliyinə və 

yüksəldilməsinə  şərait yaradır, həm də  vəhşi heyvanlar və quşlar üçün 

əvəzedilməz sığınacaqdır. 



SULEMA – (civə-xlorid) Hg Cl

2

 – ağ tozdur, suda, spirtdə, efirdə, 



asetonda həll olur. Olduqca zəhərlidir. S.-dan farmasept sənayesində, 

tibbdə dezinfeksiyaedici vasitə kimi, oduncağa hopdurmaq üçün istifadə 

olunur. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   886   887   888   889   890   891   892   893   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin